Dünya

“Kediciklər”in ŞOK bağlantıları ortaya çıxdı: FETÖ ilə əlaqələri varmış... - FOTO

25 Noyabr 2018 11:19
1 Şərh     Baxış: 3 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adnan Oktar və qrupuna qarşı yönəlmiş istintaq çərçivəsində şübhəli şəxslərdən ələ keçirilən materiallar əsasında yeni şok məlumat və bağlantılar ortaya çıxıb.

Milli.Az bildirir ki, musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, A.Oktarın "kedicikləri"nin FETÖ-nün ən üst səviyyəli isimləri ilə mütəmadi şəkildə əlaqələri olub.

"Kediciklər"dən Aslıhan Hantal keçmiş vəkil İlhan İşbilən və "Zaman" qəzetinin sahibi Aleaddin Kaya ilə tez-tez əlaqə yaradıb.

Aslıhan Hantal 

Bundan başqa, Fatma Ceyda Ertüzün adlı "kediciyin" də bağlanan Fateh Universitetinin rektoru Şerif Ali Tekalan, Fətullah Gülənin vəkili Abdulkadir Aksoy və FETÖ-nün imamı kimi tanınan Osman Karakuş ilə görüşdüyü ortaya çıxıb.

Fatma Ceyda Ertüzün

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən "kediciklər" terror qruplaşması FETÖ-nün fərari isimlərindən olan Önder Aytaç ilə də görüşüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.