Dünya

7 il "saxladığı" oğlanın başqasıyla evləndiyini eşidən qadından ağılasığmaz hərəkət - FOTO

21 Noyabr 2018 14:55
2 Şərh     Baxış: 6 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qısqanc qadın başqa qızla evlənmək istəyən keçmiş sevgilisini öldürüb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan 30 yaşlı adı açıqlanmayan qadın ağılasığmaz qətl törədib.

O, keçmiş sevgilisini öldürdükdən sonra ətindən ərəblərin milli yeməklərindən olan maçbus bişirib, qalıqlarını isə qonşunun itinə yedirib.

Mərakeşli qadın bildirib ki, bunu keçmiş sevgilisindən intiqam almaq üçün edib.

Əbu-Dabi qəzeti olan "The National" yazır ki, qadın münasibətləri ərəfəsində onu daima pulla təmin edib.

BƏƏ-nin prokuroru bildirib ki, qətl hadisəsi aylar öncə baş versə də, blendrdan diş tapıldıqdan sonra cinayətin üstü açılıb.

Qadın əvvəlcə ifadəsində məsuliyyəti boynundan atmağa çalışsa da, sonra etiraf edib və dəlilik etdiyini söyləyib.

Öldürülən şəxsin qardaşı yanvar ayından bəri onun itkin düşməsi barədə polisə xəbər vermişdi. Blendrdan diş tapan oğlan qardaşının öldürüldüyündən şübhələnib və böyük cinayətin üstünü açıb.

Qeyd edək ki, cütlük 7 il birlikdə olub.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.