Dünya

Avropa İttifaqı Gürcüstana 231 milyon avroluq yardım edəcək

20 Noyabr 2018 22:16
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Gürcüstana 231 milyon avro məbləğində maliyyə yardımı ayıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu barədə saziş noyabrın 21-də Avropa İttifaqının üzvləri ilə Gürcüstan hökumət nümayəndələri arasında Brüsseldə keçiriləcək görüşdə imzalanacaq.

İlk dəfə keçiriləcək görüşdə iştirak edən Gürcüstan nümayəndə heyətinə Baş nazir Mamuka Baxtadze, Avro İttifaqı tərəfindən nümayəndə heyətinə Jan Klod Yunker rəhbərlik edəcək.

Yüksək səviyyəli görüşdə Gürcüstanın iqtisadi, mədəni inkişafı, demokratik dəyərləri və Avropaya inteqrasiyası, regional layihələr, regional təhlükəsizlik və s. məsələlər müzakirə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.