Dünya

Suriya ordusu ölkənin cənubunda İŞİD-in son istinadgahını ələ keçirib

20 Noyabr 2018 08:08
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya ordusu ölkənin cənubundakı Səfa yaylası ərazisində - İŞİD terrorçularının son istinadgahında hərbi əməliyyatları başa çatdırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ordunun Baş qərargahının bəyanatında qeyd olunur.

"Silsilə dəqiq əməliyyatlardan sonra rəşadətli qoşunlarımız Səfa yaylası regionu üzərində tam nəzarəti ələ keçirib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu, İŞİD-in ölkənin cənubundakı son istinadgahı idi.

Qərargahın məlumatına görə, səhranın 380 kvadratmetr ərazisi təmizlənib.

Bundan əvvəl Suriyanın Latakiya əyalətinin Safsara yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 18 hərbçi həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.