Dünya

Hospitalda faciə: nişanlısını və polis zabitini güllələdi - VİDEO - FOTO

20 Noyabr 2018 06:37
0 Şərh     Baxış: 2 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Çikaqo şəhərindəki "Mercy Hospital"da atışma nəticəsində 4 nəfər həlak olub.

Milli.Az CBS-ə istinadən bildirir ki, dünən günün ikinci yarısında Çikaqonun cənubundakı hospitalın avtomobil dayanacağında atəş açmağa başalyan kişi sonradan hospitalın binasına daxil olub, orada gülləbaranı davam etdirib.

Şahid Hektor Avitiyanın dediyinə görə, əynində qara rəngli paltar olan kişi avtomobil dayanacağında qadını güllələyib. Daha sonra o, hadisə yerinə gələn polis zabitiinə atəş açıb.

Polisdən verilən məlumata görə, 28 yaşlı polis zabiti Semuel Himenes hospitalın dayanacağında güllələnərək qətlə yetirilib.

Hospitalın avtomobil dayanacağına gələn 32 yaşlı kişi burada sabiq nişanlısı, həkim Tamara O-Nili güllələyib. Qadın üç güllə yarası alandan sonra yerə yıxılıb.

Qatilin ürəyi soyumayıb, o, daha üç dəfə sabiq nişanlısına atəş açıb.

Daha sonra polis zabiti və daha bir qadın güllələnib.

Hospitalda daha bir polis zabitinə atəş açan şəxs atışmada qətlə yetirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.