Dünya

İspaniya "Brexit" sazişini dəstəkləmək üçün şərt irəli sürüb

19 Noyabr 2018 21:51
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında "Brexit" sazişini dəstəkləmək üçün bu sazişin Cəbəllütariqin statusuna şamil olunmaması şərtini irəli sürüb.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu İspaniyanın xarici işlər naziri Yosep Borell Brüseldə Aİ Xarici İşlər Nazirləri Ümum İşlər Şurasından sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir sözügedən məsələnin iki ölkə arasında açıq qaldığını, həll olunanadək də "Brexit" sazişinə səs verməyəcəklərini vurğulayıb.

Xatırladaq ki, 1713-cü ildən Böyük Britaniyanın bir hissəsi olan Cəbəllütariq 1967-ci və 2002-ci illərdə keçirilmiş referendumlarda böyük səs üstünlüyü ilə İspaniyanın tərkibinə qaytarılmasını rədd etməsinə baxmayaraq, İspaniya 35 min əhalisi olan bu kiçik ərazinin onlara məxsus olduğuna iddia edir.

Bundan əvvəl Avropa İttifaqı "Brexit"ə dair sazişin layihəsini dəstəkləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.