Dünya

İranın daha üç fiziki və bir hüquqi şəxsinə sanksiya tətbiq edilə bilər

19 Noyabr 2018 21:39
1 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkada başlayan qalmaqal səbəbindən İranın daha üç fiziki və bir hüquqi şəxsi sanksiyalar siyahısına salına bilər.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirləri arasında keçirilən görüşün nəticələrini şərh edən Çex Respublikasının xarici işlər naziri Tomas Petrşiçek bildirib.

"Danimarkadakı məsələ ilə bağlı mümkün tədbirləri müzakirə etdik. Siyahıya bir hüquqi və iki fiziki şəxs salına bilər. Bu məsələyə ümumi dəstək ifadə edildi", - deyən nazir məhz kimin nəzərdə tutulduğunu qeyd etməyib.

Xatırladaq ki, Danimarkada "Ettelaat" tərəfindən sui-qəsd hazırlanması barədə Kəşfiyyat və Təhlükəsizlik Xidməti başçısı bəyanat yaymışdı. Buna etiraz olaraq Danimarka səfiri İran XİN-ə çağırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.