Dünya

“Nissan”ın rəhbəri Tokioda həbs olundu - Maaşını az göstərib...

19 Noyabr 2018 17:44
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Nissan" şirkətinin direktorlar şurasının sədri Karlos Qon maliyyə maxinasiyasında şübhəli bilinib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, könüllü olaraq Tokio prokurorluğuna gedən 64 yaşlı Qon həbs edilib. 

"Nissan Motor" şirkəti də yaydığı press-relizdə Qonun şəxsi gəlirlərini gizlətməsi ilə bağlı faktı təsdiqləyib. Şirkət, eyni zamanda Qon və direktor Qreq Kellinin qovulmasını tələb edəcəyini açıqlayıb. Kellinin şəxsi gəlirlərini gizlətməkdə Qona yardım etdiyi bildirilib. 

Yayılan xəbərlərin ardınca, "Renault" qrupunun səhmləri Paris birjalarında 13 faiz ucuzlaşıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.