Dünya

"Formula-3" yarışında faciə: 17 yaşlı qız "uçdu" - VİDEO - FOTO

19 Noyabr 2018 11:25
0 Şərh     Baxış: 1 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq "Formula-3" avtoçempionatının Makao Qran-Prisində (Macau GP) faciə yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Van Amersfoort Racing" komandasının 17 yaşlı alman pilotu Sofiya Flörş "Lisboa" döngəsində bolidin öhdəsindən gələ bilməyib. Yarış başlanandan sonrakı 4-cü dövrədə Flörşün bolidi "Dallara" komandasının yapon pilotu Se Suboinin bolidi ilə toqquşaraq havaya qalxıb, tor səddi dələrək trasdan çıxıb. Bolid çox böyük sürətlə reklam lövhəsinə çırpılıb.

Qəzadan dərhal sonra yarış dayandırılıb.

Hospitala aparılmış S.Flörşün onurğa sütununun qırıldığı bəlli olub.

Bu gün o əməliyyat olunacaq.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yaydığı məlumata görə, insident nəticəsində yapon pilot Se Suboi, iki jurnalist və trasın marşallarından biri yaralanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.