Dünya

“Qazprom Ermənistan”da korrupsiya - Cinayət işi qaldırıldı

18 Noyabr 2018 23:59
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Qazprom Ermənistan" şirkətində yoxlama aparıb və iri maliyyə pozuntuları aşkarlayıb. Nəticədə cinayət işi qaldırılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Dövlət Gəlirləri Komitəsinin məlumatına əsasən, "Qazprom Ermənistan" şirkəti xüsusilə iri həcmdə vergi ödəməkdən yayınıb. Belə ki, 2016 və 2017-ci illərdə gəlir və əlavə dəyər vergisi haqda yanlış məlumatlar təqdim edib. Nəticəsində bir neçə milyard dram həcmdə vergidən yayına bilib. Dövlət Gəlirləri Komitəsi dövlətə dəymiş ziyanın həcmini dəqiqləşdirmək üçün araşdırmanı davam etdirir.

Qeyd edək ki, Rusiyadan Ermənistana qaz təchizatı sistemində korrupsiya sxeminin ola biləcəyi haqda Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan daha əvvəl bildirmişdi. "Ermənistan vətəndaşları Rusiyadan ucuz qaz alındığını hiss etmirlər. Bunun səbəbi səmərəsiz idarəetmə, o cümlədən də korrupsiya riski ola bilər. Düşünürəm ki, biz bu məsələni ciddi araşdırmağa başlasaq, Rusiya hakimiyyəti buna anlayışla yanaşacaq", - deyə N.Paşinyan qeyd etmişdi.

Ermənistan mediası onu da bildirib ki, bu ölkəyə satılan qazın tariflərinin azaldılması məsələsi yenə də gündəmdədir. Qazın qiymətinin azaldılması məsələsinin dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi gözlənilən Vladimir Putin-Nikol Paşinyan görüşündə müzakirə ediləcək əsas predmetlərdən biri olacağı vurğulanıb. O da qeyd olunur ki, Rusiya tərəfi tariflərin azaldılmasında maraqlı deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.