Dünya

Afinada tələbələr ayağa qalxdı: 20 nəfər saxlanıldı

18 Noyabr 2018 23:02
0 Şərh     Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Yunanıstanın Afina şəhərində Politexnik İnstitutunun tələbələri etiraz aksiyası keçiriblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aksiya şəhərin Sturnari, Tositsa və Tsamadu şəhərlərində baş tutub. Tələbələrin nümayişinə polis müdaxilə edib. Etirazçılar polisə daş və molotov kokteyli atıb, polis isə sis bombalarından istifadə edib.

Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.

Qeyd edək ki, hər il noyabrın 17-də Yunanıstanda tələbələr 1973-cü ildə diktator Georgios Papadopoulos rejiminə müqavimət göstərmiş tələbələri yad edirlər. Lakin tələbələrin dinc nümayişinin qarşısı həmişə polis tərəfindən sərt şəkildə alınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.