Dünya

Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüdü

18 Noyabr 2018 22:57
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanı yeni kütləvi etiraz aksiyaları bürüyüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxaraq hökuməti istefaya çağırıblar.

Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki min polis əməkdaşı cəlb olunub.

Ölkənin daxili işlər naziri Mladen Marinov bildirib ki, aksiyaların dinc şəraitdə keçirilməsi təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.