Dünya

Ana 1 yaşındakı uşağını DÖYƏRƏK ÖLDÜRDÜ - FOTO

18 Noyabr 2018 22:44
9 Şərh     Baxış: 5 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Adana vilayətində tükürpədici bir hadisə baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ərinin onunla maraqlanmadığını iddia edən Aysel Y. bir yaşındakı körpəsini döyərək öldürüb.

Hadisə Seyhan mahalında Fatih məhəlləsində ötən gün gecə saatlarında baş verib. İddiaya görə, bir müddətdir imam nikahı ilə birlikdə yaşadığı İlham K.-nın onunla maraqlanmadığını əsas göstərən Aysel Y. bir yaşındakı qızı Pınar K.-nı döyərək öldürüb.

Polis tərəfindən saxlanılan ana media nümayəndələrinə "bəli öldürdüm, nə var? Allah ərimin bəlasını versin" deyib.

İlhami K.-nın iki dəfə rəsmi şəkildə evləndiyi, ikinci evliliyin hazırda davam etdiyi bildirilir.

Adana Respublika Baş prokurorluğu hadisə ilə əlaqədar istintaq başladıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.