Dünya

Putinin təyyarədə uçarkən nə ilə məşğul olduğu açıqlandı

18 Noyabr 2018 22:38
0 Şərh     Baxış: 2 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin uzun məsafəli uçuşlar zamanı təyyarədə adətən nə ilə məşğul olduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Peskov "Moskva. Rusiya. Putin" verilişinə müsahibə zamanı Putinin sənədlərlə işlədiyini bildirib.

O qeyd edib ki, dövlət başçısına gündəlik olaraq imzalanmaq üçün fərmanlar, sərəncamlar və digər sənədlər təqdim olunur.

"Bəzən isə prezident onun üçün hazırlanan televiziya icmallarına baxır, kütləvi informasiya vasitələrinin icmallarını oxuyur", - deyə o vurğulayıb.

Peskov əlavə edib ki, Putinin bədii ədəbiyyatı oxumağa vaxtı olmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.