Dünya

Tramp jurnalistin qətlinin səs yazısını dinləmədi

18 Noyabr 2018 21:56
1 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Kaşıkçının qətlinin səs yazısına qulaq asmaqdan imtina edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Tramp "Fox News"a müsahibəsində bunun səbəbini açıqlayıb.

"Qulaq asmaq istəmirəm, çünki bu, əzabverici yazıdır. Dəhşətli yazıdır. Bu, çox qəddar, çirkli və vahiməli idi", - deyə o vurğuyıb.

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən səs yazısının ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanına təqdim edildiyini bildirib.

Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.