Dünya

Solmaz Əbiyevanı Pakistan polisi yaxaladı - Azərbaycan İnterpola vermişdi...

18 Noyabr 2018 17:04
3 Şərh     Baxış: 4 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Solmaz Əbiyevanı həbs edib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, İslamabadda polis reydi zamanı özünü şübhəli aparan qadın saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb.

Saxlanılarkən qadın özünün Türkiyə vətəndaşı kimi təqdim edib, adının Həfifə olduğunu bildirib, onun üzərindən saxta Türkiyə pasportu çıxıb. Lakin araşdırma zamanı məlum olub ki,  bu şəxs beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Əbiyeva Solmaz Ənvər qızıdır. Solmaz Əbiyevanın barəsində Azərbaycan hüquq-mühafizə orqanları İnterpol xətti ilə axtarış elan edilib. Qadının Pakistan vizasının müddətinin bu ilin aprel ayından bitdiyi də məlum olub. İnterpol onu 2018-ci ilin fevralından axtarırdı.

S.Əbiyevanın İnterpol dosyesində göstərilir ki, onun 49 yaşı var, boyu 1.61 metrdir. İnsan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı axtarışa verilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.