Dünya

Qadın 30 yaşında ölən ərinin bütün dərisini soydurdu - FOTO

18 Noyabr 2018 16:52
1 Şərh     Baxış: 4 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ vətəndaşı Kris Venzelin ölməzdən öncə elan etdiyi son arzusu hamını təəccübləndirib.

Belə ki, o, bədənindəki döymələrin ölümündən sonra da qorunub saxlanmağını istəyib. 30 yaşlı Kris dünyasını dəyişəndən sonra həyat yoldaşı onun istəyini yerinə yetirib, və ərinin dərisini soydurub.

Milli.Az bildirir ki, Amerikalı Kris hələ yeniyetmə yaşlarından döymə ustası kimi çalışıb. Onun öz bədənində də az döymə yox idi, demək olar ki, bütün dərisi tatu ilə örtülmüşdü. 30 yaşında dünyasını dəyişən Kris nəinki Amerikanın, bütün dünyanın gündəminə çevrilməyi bacarır. Belə ki, o vəsiyyətində bütün döymələrinin qorunmağını istəyib.

Həyat yoldaşı isə ərinin son arzusunu gerçəkləşdirib, onun dərisinin bədəninin dərisnini soyulmasına nail olub. Krisin arvadı Şeril bildirib ki, ərinin cəsədi üzərində aparılan bu əməliyyat onu çox kədərləndirib. "Amma düşünürəm ki, bunu etdirməsəydim, onun ruhu məndən inciyərdi. Mən onun tatulu dərisini çərçivəyə saldırıb, evimin ən gözəl yerindən asacam. Həm də döymə bir incəsənətidir. Bu da rəsm əsərləri qədər dəyərlidir". (publika.az) 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.