Dünya

Partlayış törədən qadının kimliyi bilindi - FOTO

18 Noyabr 2018 16:32
2 Şərh     Baxış: 2 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstintaq Qroznıda özünü partladan qadının şəxsiyyətini müəyyənləşdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin regional şöbəsinin mətbuat xidmətindən bildiriblər. Qadının adı açıqlanmasa da, onun 25 yaşında olduğu qeyd edilib.

Hüquq mühafizə orqanlarının əməkdaşı isə bildirib ki, terrorçu qadın Adıgey respublikasında dünyaya gələn, Çelyabinsk vilayətində qeydiyyatda olan Karina Spiridonovadır. Son zamanlar o, Dağıstanda yaşayıb.

Xatırladaq ki, qadın Qroznının Staropromıslovsk rayonunda nəzarət-buraxılış məntəqəsi qarşısında özünü partladıb. Xəsarət alan olmayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.