Dünya

Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi

18 Noyabr 2018 13:28
0 Şərh     Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda Rusiya qvardiyasının leytenantı güllələnib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, qətldə əlbəyaxa döyüş üzrə dünya çempionu şübhəli bilinir.

Hadisə Mahaçqalanın "Best" gecə klubunda, hərbçinin dostları ilə dincəldiyi zaman baş verib.

"Sərxoş gənclər arasında mübahisə yarandı. Bu zaman onlardan biri tapança çıxararaq iki nəfərə atəş açdı", - agentliyin mənbəyi bildirib.

"Təcili yardım" gələnə qədər Rusiya qvardiyasının leytenantı dünyasını dəyişib. Onun tanışı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və polisə ifadə verib.

Atəş açan şəxs cinayət yerindən qaçıb və hazırda axtarılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.