Dünya

Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko

18 Noyabr 2018 12:49
3 Şərh     Baxış: 2 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hökuməti Azov dənizini Ukrayna gəmiləri üçün bağlaya bilər. Bu isə öz növbəsində tərəflər arasında böyük müharibəyə səbəb olar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini İqor Romanenko danışıb. Onun sözlərinə görə, belə olan halda müharibə aparmaq məqsədyönlü olmaz, çünki Ukrayna ordusu Rusiyanın hücumuna cavab vermək iqtidarında deyil.

"Qərb bizə qoşun verməyəcək. Çünki onlar müharibənin miqyasının genişlənməsini və Üçüncü Dünya müharibəsinə çevrilməsini istəmir. İqtisadi, diplomatik və hərbi sahələrdə isə fəal şəkildə bizə dəstək verəcəklər, ancaq Ukrayna üçün vuruşmaq istəməyəcəklər", - Romanenko bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.