Dünya

Azərbaycanlı miqrantlar Almaniyada dinc durmur: restoranda insident, 2 nəfər yaralandı

18 Noyabr 2018 11:59
1 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Türingiya federal torpağının Qota şəhərində 53 yaşlı azərbaycanlı miqrant qadını ağır yaralayıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkar iki həmyerlisini - 43 yaşlı kişini və 35 yaşlı qadını restorana şam yeməyinə dəvət edib. Masa arxasında onlar arasında münaqişə baş verib və mübahisə qonaqlar restoranı tərk etdikdən sonra da davam edib.

Bundan sonra cinayətkar qonaqlarını tək qoyub və bir müddət sonra əlində blçaqla hadisə yerinə qayıdıb. O, Koburq meydanında qadını bıçaqlayıb və rəfiqəsini müdafiə etməyə çalışan kişini əlindən yaralayıb.

Azərbaycanlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, indi onun həyatı təhlükə altında deyil.

Türingiya polisi cinayətkarı saxlayıb. Nə onun özünün, nə də qurbanlarının adları açıqlanmır. Hazırda fakt üzrə araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.