Dünya

Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu, 71 ölü - VİDEO

18 Noyabr 2018 10:25
1 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika günahkar axtarır.

Milli.Az xəbər verir ki, Kaliforniyada güclü yanğınları söndürmək get-gedə çətinləşdiyi bir vaxtda ölkədə artıq yeni "atəş" alışır - siyasi müzakirələr.

Demokratlar və respublikaçılar ABŞ-ın ən sıx məskunlaşmış ştatının meşələrinin hansı səbəbdən yandığını aydınlaşdırmağa çalışırlar.

Şübhələnilənlərin arasında Kaliforniya hakimiyyəti və qlobal istiləşmə durur.

Məlumat üçün bildirək ki, Kaliforniya ştatında dəhşətli yanğınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.

Mindən artıq insan itkin düşmüş hesab edilir.

Təxminən 10 min bina məhv edillib, 300 min insan fəlakət zonasından təxliyə olunub.

Alovun söndürülməsinə Milli qvardiyanın aviatexnikası cəlb edillib.

Нажмите на видео для просмотра:
Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu

Нажмите на видео для просмотра:
Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu (2)

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.