Londonun şimal rayonunda baş verən atışma nəticəsində ən azı 3 nəfər xəsarət alıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla 18:00-dan sonra sakinlər Milad bayramı üçün alış-veriş edərkən baş verib.
3 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərdə güllə yaralarının olduğu bildirilir.
Hadisə yeri əhatəyə alınıb. Hazırda saxlanınlar barədə məlumat yoxdur.
Milli.Az