Dünya

ABŞ bu tarixdə Camal Qaşıqçının qatilinin ADINI AÇIQLAYACAQ

18 Noyabr 2018 09:24
1 Şərh     Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı "ətraflı hesabat" dərc edəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib.

Siyasətçi bildirib ki, hesabatda bunu [jurnalistin qətlini kimin törətdiyi] kimin etdiyi öz əksini tapacaq.

Bundan əvvəl "Vaşinqton post" qəzeti Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.