Dünya

Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB - FOTO

17 Noyabr 2018 23:37
0 Şərh     Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:37

Bu gün Fransada benzinin qiymətinin qalxmasına qarşı keçirilən "Sarı jiletlilər"in etiraz aksiyası zamanı xəsarət alanların sayı 227 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin yaydığı son statistik məlumatda deyilir.

Bildirilir ki, yaralılardan 6-sının vəziyyəti ağırdır. Aksiya zamanı 117 nəfər saxlanılıb, onlardan 75 nəfəri nəzarətə götürülüb. Etirazlar zamanı 10-a yaxın polis və jandarma da yaralanıb.

Bu saatlarda aksiyalarda 282 min nəfərin iştirak etdiyi deyilir.

Qeyd edilir ki, aksiya iştirakçıları təkcə yanacağın qiymətinin və ona qoyulan vergilərin artırılmasına deyil, həm də ölkədə bütün qiymətlərin artımına öz etirazlarını bildirirlər.

16:37

Fransada "Sarı jiletlilər" tərəfindən keçirilən etiraz aksiyası zamanı yaralananların sayı 47-yə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu saatlaradək Fransada aksiyaya 124 000 nümayişçi qatılıb. Paris və ətraf şəhərlərlə müqayisədə Fransanın regionlarında aksiyaya daha çox insan qoşulub.

14:40

Fransada keçirilən etiraz aksiyası zamanı bir piyada avtomobil tərəfindən vurularaq öldürülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu gün səhər tezdən başlamış aksiyada məqsəd yolları bağlayaraq avtomobillərin hərəkətinə mane olmaqdır. "Sarı jiletlilər" adlandırılan aksiya iştirakçıları Fransada benzinin qiyməti və benzinə olan verginin artırılmasına qarşı səfərbər olublar.

Gün ərzində bütün Fransada 1500-ə yaxın aksiyanın keçiriləcəyi gözlənilir.

Aksiya zamanı avtomobillərin hərəkətinə mane olmağa çalışan daha iki nəfər yüngül bədən xəsarəti alıb və asayişə nəzarət edən bir polis xidməti zamanı avtomobil tərəfindən vurulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.