Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq.
"Report" "Aksham"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Qeyd edək ki, noyabrın 17-də o, ABŞ-ın dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspellə görüşəcək. Həmin görüşdə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin vəliəhd şahzadə Məhəmməd bin- Salman tərəfindən verildiyivə Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.
Milli.Az