Dünya

Rusiyada avtobus qatarla toqquşdu, yaralananlar var

17 Noyabr 2018 16:20
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Saratov şəhərində avtobusun qatarla toqquşması nəticəsində 5 sərnişin ölüb, sürücü və daha bir sərnişin isə bədən xəsarəti alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Yol Hərəkətinin Təhlükəsizliyinin Təmini üzrə Baş İdarəsinin Mətbuat xidməti bildirib.

Bildirilib ki, hadisə noyabrın 17-də Engels-Yerşov-Ozinki avtomobil yolunda baş verib. Qazaxıstanla sərhəddən Saratov vilayətinə doğru 6 sərnişinlə hərəkət edən avtobus qaydaları pozaraq dəmiryoluna çıxıb və yük qatarının lokomotivi ilə toqquşub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.