Dünya

Ermənistan ordusunun zabitləri cəzalandırıldı

17 Noyabr 2018 16:06
0 Şərh     Baxış: 1 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın əmri ilə 4 hərbçinin ölümü ilə bağlı 4 zabit tutduğu vəzifədən və hərbi xidmətdən azad olunub.

Milli.Az report-a istinadən bildirir ki, sözügedən məlumatı bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan Facebook səhifəsində yazıb.

Bildirilib ki, daha iki bölmə komandiri və bir hərbi hissənin keçmiş komandirinə xəbərdarlıq edilib. Ermənistan ordusunun texniki hissələri üzrə keçmiş rəis müavininə və texniki məsələlər üzrə rəisə ciddi xəbərdarlıq elan olunub.

"Xatırladaq ki, bu cəzalar heç kimi cinayət məsuliyyətindən xilas etmir", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-də avtomobil qəza nəticəsində Ermənistan ordusunun 4 hərbçisi ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.