Narkotik maddənin təsiri altında olan iki dost huşsuz vəziyyətdə olan iki qadını saatlarca zorlayıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Plimut şəhərində, Mutley küçəsində yaşayan iki dost evə gətirdikləri iki qıza alkoqollu maddələr içirib, narkotika veriblər. Nəticədə qızlar huşunu itirib.
Richard Hindmarsh və İbrahim Farmo adlı dostlar huşsuz qızları saatlarla zorlayıblar. Onlar həmin anları mobil telefonla videoya çəkiblər.
Videoda huşsuz qızları zorlayan dostların qəhqəhə ilə gülüşləri əks olunub.
Qızlardan biri narkotik maddənin təsirindən dünyasını dəyişib. Huşsuz vəziyyətdə olan qız özünə gəlməyib.
Dostlar saxlanılıb. Onların hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.
Fuad
Milli.Az