Dünya

Kainatın ən parlaq qalaktikası öz peyklərini “udur”

16 Noyabr 2018 21:00
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"W2246-0526" qalaktikası kainatın ən parlaq qalaktikasıdır və Dolça bürcündə yerləşir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, qalaktika bu yaxınlarda üç peykini parçalayıb və udub. Bu, onun qeyri-adi işıldama gücü ilə izah edilir.

NASA alimləri məsələ ilə bağlı deyiblər:

"Biz bilirik ki, bu qalaktikanın üç iri peyki var.  Amma keçmişdə qalaktikanın mərkəzindəki qara dəliyin bu peyklərə təsirinə dair heç bir məlumata sahib deyildik. Bu səbəbdən ALMA vasitəsilə əldə edilən fotolar bizim üçün gözlənilməz oldu".

NASA alimi Eyzenhardt və onun həmkarları qalaktikanı 3 il əvvəl kəşf ediblər.  Onun mərkəzindəki qara dəliyi tədqiq edəndə alimlər gözlərinə inanmadılar. Qara dəlik Günəşdən ən azı 3 milyard dəfə ağır idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.