Dünya

İlk miqrant karvanı ABŞ sərhədinə çatdı - Zorakılıq və yoxsulluqdan qurtulmaq istəyirlər...

16 Noyabr 2018 19:52
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışaraq ABŞ-da sığınacaq tapmaq üçün yola çıxan 2 karvandan ibarət 7 min miqrantın 2 min nəfərlik ilk qrupu Meksikanın Amerika ilə sərhəddindəki Tixuana şəhərinə çatıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Tixuananın yerli məmurları şəhərin yalnız 700 miqrantı saxlamaq iqtidarında olduğunu bildiriblər. Bu səbəbdən də, miqrantlar hələlik onlar üçün ayrılan idman salonu və stadionda yerləşdirilib.

ABŞ-ın sərhəd-gömrük işçiləri gün ərzində ən çox 100 miqrantın müraciətinə baxdığından, Latın Amerikasından gələn miqrantların Tixuanada aylarla qalıb gözləməli olacaqları ehtimal edilir.

BMT-nin statistikasına əsasən, ABŞ-a yola düşən 7 mindən çox miqrantın 2300-dən çoxu uşaqlardır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət elan edərək Latın Amerikası ölkələrindən gələn miqrant köçünün qarşısını almaq üçün sərhədə 15 min əsgər göndərəcəyini bildirmişdi. O həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələmişdi ki, vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımlarını dayandıracaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.