Dünya

Pentaqon kosmik qoşunların qiymətini açıqladı

16 Noyabr 2018 22:03
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kosmik güclərin yaradılması ABŞ-a 5-10 milyard dollara başa gələ bilər.

Milli.Az "Hill" nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şenaxan bildirib.

Sentyabr ayında ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Hizer Uilsonun məruzəsinə istinadən "Assoşieyted Press" agentliyi bildirib ki, kosmik güclərin yaradılması ABŞ-a birinci beş ildə 13 milyard dollara başa gələ bilər.

Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin yeni növü kimi kosmik güclərin yaradılması barədə sərəncam verib. Kaliforniya ştatında təyyarə bazasında dəniz piyadaçıları qarşısında çıxış edən prezident vurğulayıb ki, ABŞ-ın yeni milli kosmik strategiyasıyla kosmos quru, hava və dəniz kimi hərbi hərəkətlərin zonası olaraq tanınıb.

Tramp rəqiblərin artıq kosmosun hərbiləşdirilməsinə başladıqlarını bildirib. Ağ Evin başçısının sözlərinə görə, ABŞ kosmosda liderliyi hədəfləyib və Rusiya ilə Çinin arxasınca sürünmək niyyətində deyil.

Avqustda ABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib ki, Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir. Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək.

2018-ci il oktyabrın 1-də başlanan yeni maliyyə ilinin müdafiə büdcəsinə əsasən, ABŞ-ın raket əleyhinə müdafiə agentliyi artıq yaxın vaxtlarda ballistik raketlərin izlənilməsi və ələ keçirilməsi sistemlərinin kosmosda genişləndirilməsi üzrə işlərə başlayacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.