Dünya

“Palmali” Rusiyada rəsmən müflis elan edildi

16 Noyabr 2018 18:12
6 Şərh     Baxış: 2 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi "Palmali" şirkətini müflis elan edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət altı ay davam edəcək iflas proseduruna başlayıb. 

Qeyd edək ki, "Palmali" əsas kreditoru olan "Sberbank"a 13 milyard rubl (təxminən 335 milyon manat) borcludur. 

Bundan başqa, digər kreditorlar arasında Mübariz Mənsimova məxsus Maltada qeydiyyatdan keçən "Palmali Holding", Vest-İndiyadakı "Palmali Şipping", Türkiyədəki "Palmali Gemicilik ve Acentelik" də var. Həmin şirkətlərin iddiaları 6 milyard rublu keçir. 

Borclu şirkətə qarşı tələb irəli sürənlər arasında "Alyans", "Azov-Flot-Servis", "Arsenal" sığorta şirkəti, həmçinin "YuqBunkerServis-Rostov" yanacaq şirkəti də var. 

Qeyd edək ki, "Palmali"nin direktoru 17,5 milyon rublluq vergidən yayınmada ittiham olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.