Dünya

Dünyanın ən bahalı küçələri

16 Noyabr 2018 18:16
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honq Konqun Kozuey Bey küçəsi 2018-ci ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Dünyanın əsas küçələri" (Main Streets Across The World) reytinqində deyilir.

Qeyd olunur ki, bu küçədə ticarət obyektlərinin illik icarəsi orta hesabla bir kvadrat metr üçün 2,7 min dollar təşkil edir.

Bu küçə son beş il ərzində reytinqə liderlik etmiş Nyu Yorkun Beşinci prospektini ikinci pilləyə salıb. Beşinci prospektdə icarə qiyməti 2,25 min dollara bərabər olub.

İlk üçlüyü Londonun Nyu Bond küçəsi tamamlayıb. Bu küçə ticarət obyektlərinin 1,7 min dollarlıq icarə qiyməti ilə Avropanın ən bahalı küçəsi olub.

İlk beşlikdə həmçinin Fransanın Yelisey çölləri prospekti (1,5 min dollar) və Milanın Montenapoleone küçəsi (1,47 dollar) yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.