Dünya

Tereza Mey vəzifədən kənarlaşdırıla bilər

16 Noyabr 2018 18:04
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Baş naziri Tereza Meyin vəzifədən kənarlaşdırılması üçün rəhbəri olduğu Mühafizəkarlar Partiyasında addımlar atılmasına hazırlıq işləri görülür.

Milli.Az report-a istinadən xəbər verir ki, yaxın günlərdə baş nazirə etimadsızlıq məsələsinə dair səsvermə keçirmək nəzərdə tutulur.

Daha əvvəl hökumətdəki 18 rəsmi şəxsin Tereza Meyin "Brexit" məsələsindəki siyasətinə etiraz olaraq istefa verdiyi bildirilmişdi.

Böyük Britaniyanın Baş naziri Tereza Meyə etimadsızlıq məsələsinə dair səsvermə gələn həftə keçiriləcək.

Qeyd olunur ki, səsvermə, böyük ehtimalla, noyabrın 20-də baş tutacaq.

Hakim Mühafizəkarlar Partiyasının nizamnaməsinə uyğun olaraq, prosedur parlamentari-torilərin azı 15%-nin (48 nəfər) hökumət başçısına etibarını itirmələri barədə müraciət etməsi halında başladıla bilər.

Qeyd edək ki, daha əvvəl Britaniya Baş naziri Tereza Meyin partiyadaşlarının bu proseduru başlatmaq üçün kifayət qədər səs topladığı bildirilmişdi.

illi.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.