Dünya

Parlamentin binasından özünü atmaq istəyən şəxsi deputat xilas etdi - FOTO

16 Noyabr 2018 11:23
1 Şərh     Baxış: 2 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir şəxs TBMM (Türkiyə Böyük Millət Məclisi) binasının damına çıxaraq intihara cəhd etmək istəyib. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, təxminən 2 saat damda duran vətəndaşı AK Partiya millət vəkilləri Ali İhsan Arslan, Ekrem Çelebi, Hasan Turan, MHP-dən olan millət vəkili Saffet Sancaklı və CHP üzvü Ahmet Akın yola gətirərək fikrindən daşındırmağı bacarıblar.

AK Partiyanın Bingöldən seçilən millət vəkili Feyzi Berdibek intihara cəhd etməyə çalışan vətəndaşa 10 min lirə təklif edib. 

Millət vəkili Feyzi Berdibek təklifini "Bütün sərvətimi xərcləyərəm, yetər ki, bir qardaşımızın dırnağı qanamasın. Problemi olanlar ola bilər. Mənim hər zaman qapım açıqdır" sözləri ilə izah edib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.