Dünya

Tramp məmurlara hirsləndi: Ağıllı olun! - FOTO

16 Noyabr 2018 11:07
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında noyabrın 8-dən bəri tüğyan edən meşə yanğınlarında həlak olanların sayı 66-ya çatıb. 220 nəfər itkin düşüb, minlərlə ev yanıb kül olub, 220 min insan təlxiyə olunub.

Milli.Az ABC-yə istinadən bildir ki, yanğınlar Peradays şəhərini məhv edib. Ştatda fövqəladə vəziyyət tətbiq olunub.

ABŞ prezidenti Donald Tramp emosiyalarına hakim ola bilməyərək Twitter-dəki akkauntunda Kalifoniyanın hakimiyyət dairələrinə ünvanladığı tvitində yazıb: "Meşələr əgər ağılla, savadlı şəkildə nəzarətdə olsa, idarə edilsə, Kaliforniyada daim baş verən fəlakətlərlə dağıntılara son qoya bilərik. Ağıllı olun!"

Kaliforniya ştatının qubernatoru, Demokrat Partiyasının mənsubu, 80 yaşlı Cerri Braun isə ittihamı qəbul etməyib.

"Meşə yanğınları qlobal iqlim dəyişikliklərinin fəsadıdır. Biz isə belə dəyişikliklərin qarşısını almağa yönəlmiş "Paris Klubu"ndan çıxmışıq, Kioto protokoluna da riayət etmirik. Bizi suçlamaq əvəzinə, qlobal iqlim dəyişikliklərinin nə kimi fəsadlar yaratdığını anlamaq gərəkdir", - Braun söyləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.