Dünya

Qadın ölü doğulan körpəsini çimizdirib, paltar geyindirib FOTOsunu çəkdi

16 Noyabr 2018 15:48
7 Şərh     Baxış: 5 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 dəfə uşağını düşürdükdən sonra hamilə qalan qadın daha bir dəhşət yaşayıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, Avstraliyanın Viktoriya ştatında kafedə işləyən qadın 4-cü dəfə uşağını itirib.

20 yaşında uşağını ölü halda doğan Kristi Vatson adlı qadın onun şəkillərini çəkərək sosial şəbəkələrdə yayıb.

Hamiləliyinin son aylarında özünü pis hiss edən Kristi övladını ölü halda dünyaya gətirib.

Bununla barışmayan qadın onu çimizdirib, aldığı paltarları geyindirərək yatağa qoyub və onun üçün hazırladığı otaqda şəklini çəkib.

Qadının bu hərəkəti sosial şəbəkə izləyicilərini kövrəldib.

Qeyd edək ki, Kristi ölən övladına Keysen adını verəcəkdi.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.