Dünya

Nyu-Yorkda qar həyatı iflic etdi - VİDEO - FOTO

16 Noyabr 2018 11:03
0 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Yorka yağan güclü qar nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nyu-York polisinin rəsmi "Twitter" səhifəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yolllarda ehtiyatlı olmaq tövsiyə olunub.

Qarlı hava şəraiti ilə əlaqədar avtobusların hərəkət cədvəli dəyişib. Dayanacaqlarda çoxlu sayda insan uzun müddət gözləməli olur.

Manhetten küçələrində nəqliyyatın hərəkətində çətinlik yaranıb, bu, böyük tıxaclara səbəb olub. 

Qartəmizləyən texnikanın yağıntıların fəsadlarını aradan qaldırmağa gücü yetmir. Taksilərin qiymətlərində kəskin artım müşahidə olunur.

İndi Uber 2,6 km üçün gediş haqqını 48 dollara qaldırıb. Halbuki əvvəllər eyni məsafə üçün gediş haqqı 18 dollar təşkil edirdi. Sinoptiklərin məlumatına görə, Nyu-York hələ bir neçə gün də qarın əsarətində qalacaq. Daha sonra yağışların yağması proqnozlaşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Жители Нью-Йорка сняли коллапс в городе после сильного снегопада

Nyu-Yorkda qar həyatı iflic etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.