Dünya

Monqolustanda mitinq: vəzifəli şəxslərin həbsi tələb olunur

15 Noyabr 2018 17:24
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Monqolustanın paytaxtı Ulan-Bator şəhərinin mərkəzi meydanında bir sıra deputat və nazirlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbilə mitinq keçirilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları məsələ ilə bağlı ölkə parlamentinin sədri Mieqombın Enxboldu və Baş nazir Uxnaaqiynu Xurelsuxuya müraciət ediblər.

Monqolustanın yüksək vəzifəli şəxsləri, o cümlədən nazirlər, deputatlar, baş prokuror, baş auditor, Mərkəzi Bankın rəhbəri və kəşfiyyat xidmətinin keçmiş başçısı Kiçik və Orta Sahibkarlıq Fəaliyyətinin İnkişafı Fondunun 1,3 milyon dollar məbləğində maliyyə vəsaitini mənimsəyiblər. Bu fond 18 il əvvəl kiçik və orta müəssisələrə illik 3 faiz kredit vermək məqsədilə yaradılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.