Dünya

Kabulda universitetdə atışma olub

15 Noyabr 2018 15:28
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın paytaxtı Kabul şəhərində universitet ərazisində atışma olub.

Milli.Az "report"-a istinadən bildirir ki, məlumatı noyabrın 15-də "Pajhwok" agentliyi yayıb.

Bildirilib ki, atışma ali təhsil müəssisəsinin daxili korpuslarında gedir.

Hadisə ilə bağlı əlavə informasiya yayılmayıb.

Xatırladaq ki, noyabrın 15-də gecə saatlarında Əfqanıstanın qərbində yerləşən Fərh əyalətində terrorçu "Taliban" qruplaşmasının hücumu nəticəsində azı 30 polis əməkdaşı ölüb. Ölkənin təhlükəsizlik orqanları bildiriblər ki, polislə terrorçular arasında baş vermiş atışma nəticəsində 17 terrorçu zərərsizləşdirilib. Məlumata əsasən, terrorçular hadisə yerindən uzaqlaşarkən xeyli miqdarda silah-sursat da aparıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.