Dünya

Kadırov tapançası barədə status yazdı, “blok” edildi

15 Noyabr 2018 13:21
0 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırovun "Instagram" səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.

Milli.Az oxu.az -a istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.

"Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün  düşmənlərə və yaramazlara nə qədər dəqiq "sözlər" demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir", - Kadırov öz postunda yazıb.

Səhifə bağlandıqdan sonra Kadırov öz "Telegram" kanalında bu postu 2017-ci ilin dekabrında  yazdığını, lakin dərc etmədiyini bildirib.

Kadırovun "Instagram" və "Facebook"dakı səhifələri ötən il onun "Maqnitski siyahısına" salınmasından bir neçə gün sonra bloka düşmüşdü. ABŞ-ın bu "qara" siyahısına insan haqlarını pozan dövlət rəhbərlərinin adları daxil edilir.

Kadırov bu addımdan sonra Çeçenistana məxsus sosial şəbəkədə qeydiyyatdan keçərək səhifəsinin bloklanması ilə milyonlarla izləyicisinin ona birbaşa müraciət etmək və ilk mənbədən informasiya almaq imkanından məhrum olduğunu yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.