Dünya

Aİ və Britaniya İrlandiya sərhədi barədə razılığa gəlib

15 Noyabr 2018 08:02
0 Şərh     Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya "Brexit" saziş layihəsi çərçivəsində, Şimali İrlandiya ilə "sərt sərhəd"in ortaya çıxmasından və "Brexit"in keçid dövründən yayınmağa imkan verən bir həll yolu barədə razılığa gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu çərşənbə günü Avropa Komissiyasının baş müzakirəçisi Mişel Barnye deyib.

"Bu razılaşma sözügedən danışıqların başa çatmasında həlledici bir addım, nizamlı çıxış istiqamətində böyük bir irəliləyişdir, lakin əlbəttə ki, hələ çox işlər görülməlidir", - deyə Barnye Brüsseldə jurnalistlərə bildirib.

Bundan əvvəl Tereza Meyin Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.