Dünya

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib

15 Noyabr 2018 08:58
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Departamenti Amerika vətəndaşlarının birbaşa maliyyə tranzaksiyaları aparmasını qadağan edən hüquqi şəxslər siyahısına 26 yeni təşkilatın adını əlavə edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

"Dövlət Departamenti Tramp administrasiyasının ABŞ-dan vəsaitlərin Kuba silahlı qüvvələri, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin sərəncamına düşməməsinə yönəlmiş səylər çərçivəsində 26 təşkilatı Kuba ilə bağlı məhdudlaşdırıcı siyahıya əlavə edir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, siyahıya "Kuba silahlı qüvvələrinə məxsus" 16 otel daxil edilib.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq olunacağını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.