Dünya

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olunub

15 Noyabr 2018 08:28
0 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və "Vahid Milli Hərəkat" Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.

Seçkilər günü Gürcüstanda qeyri-iş günü elan olunub. Ölkə daxilində seçki dairələri saat 20:00-a qədər, ölkə xaricində isə - yerli vaxtla gecə yarıya qədər açıq olması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.