Dünya

ABŞ Rusiyaya qarşı müharibəni uduzacaq - Xüsusi komissiya

15 Noyabr 2018 07:25
0 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın hərbi üstünlüyü təhlükəli səviyyəyədək azalıb. Ölkə Rusiya yaxud Çinlə münaqişə olacağı təqdirdə, məğlub ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Konqresinin qərarı əsasında yaradılan Milli müdafiə strategiyası üzrə xüsusi komissiyanın məruzəsində deyilir.

Qeyd olunur ki, sözügedən ölkələrlə qarşıdurmada ABŞ ordusu böyük itki verə bilər. Söhbət həm canlı qüvvə, həm də hərbi texnikadan gedir.

Vurğulanır ki, məğlubiyyət riski ABŞ-ın eyni zamanda iki və daha çox cəbhədə müharibə aparmaq məcburiyyətində qalacağı halda daha yüksək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.