Dünya

ABŞ Səudiyyəni yeni sanksiyalarla hədələdi

14 Noyabr 2018 09:28
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar jurnalist Camal Qaşıqçının qətlinə cavab olaraq bir sıra Səudiyyə məmurlarının vizalarının geri alınması ilə kifayətlənməyəcək və əlavə tədbirlər görəcək.

Milli.Az report-a istinadən bildirir ki, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

"Biz sanksiyalar barədə əvvəlcədən xəbər vermirik, lakin görəcəyimiz tədbirlər Səudiyyə Ərəbistanından olan bir sıra yüksəkçinli məmurun vizalarının geri alınması və ABŞ-a girişlərinin qadağan olunması ilə bitməyəcək", - o bildirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasını köçürmək niyyətində olduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.