Dünya

Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 48-ə çatdı

14 Noyabr 2018 08:16
0 Şərh     Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları qurbanlarının sayı 48-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kaliforniya dairəsinin şerifi Byutt Kori Honea bildirib. Daha öncə 42 nəfərin öldüyü bildirilirdi. Honea deyib ki, daha altı cəsəd Paradayz dairəsində tapılıb.

Xatırladaq ki, "Camp" adlı meşə yanğınları noyabrın 8-də başlayıb və ştatın tarixinə ən dağıdıcı və məhvedici kimi düşüb.

Ümumilikdə, yanğının 35%-i lokallaşdırılıb. Onun nəticəsində 8,8 mindən çox evə ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.