Dünya

Rusiyadan rekord miqdarda pul apardılar

13 Noyabr 2018 23:37
0 Şərh     Baxış: 101 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin 10 ayı ərzində Rusiyadan 42,2 milyard dollar sərmayə çıxarılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Mərkəzi Bankının məlumatında deyilir. Bu rəqəm ötən il müqayisədə 3 dəfə çoxdur.

Tənzimləyici məlumatlarına görə, kapital axınının təsirinə iki əsas amil təsir göstərib. Bura bankların xarici borcunu geri qaytarması və iqtisadiyyatın digər sektorlarına xarici sərmayə qoyulması olub.
Daha əvvəl Mərkəzi Bank yanvar-sentyabr ayının hesabatını açıqlamışdı. Bu hesabata görə, sərmayə çıxarışı 31,9 milyard olmuşdu. Bu da o deməkdir ki, təkcə oktyabr ayında ölkədən 10,3 milyard çıxarılıb.

Qeyd edək ki, əlverişli qiymət şəraitinə görə, Rusiya ticarət balansını yaxşılaşdırmağa müvəffəq olub. Belə ki, ticarət balansının profisiti 154 milyard dollar olub. Ötən il isə bu rəqəm 90,5 milyard dollar idi.

Bununla yanaşı, Mərkəzi Bankın qızıl valyuta ehtiyatı 35,7 milyard dollar artıb. Burada əsas rolu milli ehtiyat Fondu oynayıb. O, neft-qaz gəlirlərinin hesabına artırılıb.

Mərkəzi Bankın proqnozuna görə, sərmayə çıxarışı ilin sonuna qədər 66 milyard dollar ola bilər. Bu isə 2014-cü ildəki göstəricidən sonra ikinci yüksək göstərici olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.