Dünya

"Avropa İrana qarşı sanksiyalardan yayına bilməyəcək" - Qordon Sondlənd

13 Noyabr 2018 18:00
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa İttifaqı(Aİ) tərəfindən ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq üçün hazırlanan maliyyə transaksiya mexanizmi səmərəsiz olacaq".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Qordon Sondlənd bildirib.

"Avropa İttifaqının sanksiyalardan yayınmaq üçün xüsusi mexanizminin, eləcə də istənilən başqa mexanizmlərin faydalı olmayacağına, səmərə verməyəcəyinə əminəm. Avropanın bir çox şirkətlərinin İranla bağlı fəaliyyətinə xitam verməsindən çox razıyam. ABŞ onları alqışlayır", - diplomat vurğulayıb.

İrana dair Müştərək Əhatəli Planı şərh edən amerikalı diplomat İran xalqına qarşı çıxmadıqlarını, İranda hakimiyyət dəyişikliyini  istəmədiklərini, sadəcə İran rejimindən daha məsuliyyətli davranış gözlədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, son vaxtlar Avropanın bir sıra iri şirkətləri sanksiyalar ucbatından ABŞ-dakı işlərində itkilərlə üzləşməmək üçün İranla əməkdaşlığa son qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.